top of page

Dövlət satınalmalarında ixtisas göstəricilərinə görə tələb olunan sənədlər

Updated: Feb 20, 2023

Dövlət satınalmalarında ixtisas göstəricilərinə görə tələb olunan arayışları təqdim edən müvafiq dövlət qurumları

  • 6.2.1.satınalma müqaviləsinin icrasını təmin etmək üçün:

    • müvafiq sahədə peşəkarlıq və təcrübə - arayış və qarşılıqlı təsdiqlənmiş təhvil-təslim aktı - iddiaçı

    • texniki imkanlar – arayış və tətbiq olunarsa maşın mexanizmləri üçün texniki pasport və ya icarə müqaviləsi - iddiaçı

    • maliyyə imkanları, dövriyyə barədə arayış (bank), mənfəət bəyannaməsi (Dövlət Vergi Xidməti) və ya auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatı - iddiaçı

    • işçi qüvvəsi haqqında arayış (tələb olunarsa) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

    • idarəetmə səriştəsi və etibarlığının olması - əvvəlki təcrübəyə dair referans məktubu (iddiaçı digər satınalan təşkilatlardan aldığı)

  • 6.2.2. satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması – nizamnamə və reyestrdən çıxarış - iddiaçı

  • 6.2.3. öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, 6.2.4. müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və 6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (yüklülük arayışı) - Kommersiya məhkəməsi, Dövlət Vergi Xidməti;

  • 6.2.5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (vergi arayışı) - Dövlət Vergi Xidməti;

  • 6.2.6. satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması (məhkumluq arayışı) - ASAN Daxili İşlər Nazirliyi;

  • 6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazə (tətbiq/tələb olunursa) – İqtisadiyyat Nazirliyi, NRYTN və digər səlahiyyətli orqanlar.

  • Sahibkarlıq subyektinin müəyyən edilməsi haqqında arayış - Dövlət Statistika Komitəsi

bottom of page