Təsviri
Kurs haqqında
Təlim kursunda qüvvədən olan ən son dəyişiklik və əlavələr edilmiş dövlət satınalmaları qanunvericiliyinə aid olan qüvvədə olan bütün qanun, fərman və qərarlar əsasında dövlət satınalmalarını təhlil edərək, qanunun bütün maddələri tək-tək izah edilir. Təlimdə qeyd edilən mövzular izah edilərkən dövlət satınalmaları qanunvericiliyinə edilməsi planlaşdırılan dəyişikliklər, o cümlədən yeni qanun layihəsindəki mövcud maddələrə gözlənilən dəyişikliklərdən də bəhs edilir.
Nəzərə alsaq ki, mövcud qanunvericilik sənədlərinin hər biri oxunsa belə qanunda qeyd edilən tələblərin əsasını anlamaq mümkün deyil, bu səbəbdən qanunda istinad edilən əksər anlayışlar ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi 35 mövzudan ibarət olan Satınalmaların təşkili və müqavilələrin idarə olunması peşəkar təlim kursunun materialları əsasında beynəlxalq praktikada tətbiqi və istifadəsi izah edilir.
Əsas məqamlar
-
Kurs 1-i əyani təqdimatdan ibarət olmaqla ümumilikdə 26 mövzu əsasında təqdim edilir;
-
Sonuncu dərsdə 4 saat ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalamalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov iştirakçıların birbaşa suallarını cavablandıracaq;
-
Kursun müddəti 30 saat nəzərdə tutulub (6 həftə ərzində 12 dərs, 1 imtahan və 1 qapanış olmaqla 14 sessiya);
-
Kurs eyni zamanda əyani və onlayn keçiriləcək.
-
Əyani kursun iştirakçıları istədikləri vaxt onlayn da qoşulub iştirak edə bilərlər.
-
Onlayn iştirakçılar 2 dəfə (ilk dərs və qapanış) əyani iştirak edə bilərlər
-
Dərslər həm də video qeydə alındığından iştirakçılar 3-dən çox olmamaqla iştirak edə bilmədikləri dərslərin video qeydinə sonradan baxa bilərlər.
-
-
Bütün kurs iştirakçıları aşağıdakı sənədlərdən ibarət çap olunmuş kitabça əldə edəcəkdir:
-
Təlim təqdimat materialı
-
Dövlət satınalmaları haqqında qanunvericiliyə aid sənədlər toplusu;
-
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq fərmanı və digər əlaqədar sənədlərdəki istinadların birbaşa göstərildiyi ən sonuncu dəyişikliklər (27 dekabr 2021-ci il) əsasında hazırlanmış qanun.
-
-
Kursun sonunda keçiriləcək imtahan nəticələrinə görə 50+% nəticə göstərənlərə nəticələr göstərilməklə tamamlama sertifikatı, 50%-dən aşağı nəticə göstərənlərə isə iştirak sertifikatı təqdim edilir. İmtahanda ən yüksək nəticə göstərən iştirakçıya "Hər kəs üçün satınalma" və "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitablarımız hədiyyə ediləcək (imtahan xalları eyni olsa qalib püşkatma ilə seçiləcək)!
-
Kurs uğurla tamamlayan iştirakçılar sərbəst şəkildə dövlət satınalmalarını fərdi qaydada keçirmək üçün bütün zəruri biliklərə yiyələnəcəkdir.
Təlimçi - Elşən Həsənov
Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə
A-dan Z-yə ətraflı izah edildiyi
eyni zamanda əyani və onlayn təşkil edilən 30 saatlıq təlim kursu
Dövlət satınalmalarının təşkili
(geniş)
+++
Məqsədi
Kimlər üçündür
-
Dövlət satınalmaları sahəsində çalışan satınalma mütəxəssisləri
-
Tender komissiyasının üzvləri
-
Təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri
Nə öyrədiləcək
-
Əsas satınalma prinsipləri və onların qanunvericilikdə izahı
-
Dövlət satınalmalarını haqqında qanunvericilik
-
Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqi
-
Dövlət satınalmalarının vahid internet portalından istifadə (əyani)
Tələblər
-
Dövlət satınalmaları haqqında minimal biliklər olması arzuolunandır (zəruri deyil)
Məzmunu
-
Dövlət satınalmaları haqqında («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi və qanuna nəzarət / Maddə 1, 3, 4, 61, 62 və 63)
-
Satınalmaya giriş (Satınalmada əsas anlayışlar, prinsipləri, predmeti və mərhələləri (prosesləri) / Maddə 2 və 22)
-
Satınalmaçı kimdir (Vəzifə öhdəlikləri, vəzifələr, bacarıqları-bilikləri, davranış etikası və maraqların ziddiyyəti / Maddə 13 və 13-1)
-
Satınalmanın planlaşdırılması (Anlayışın təsviri, planlaşdırmaya dair tələblər, planın məzmunu və yerləşdirmə müddəti / Maddə 4-1)
-
Ehtimal olunan qiymətin müəyyən edilməsi (Anlayışın təsviri, tələblər və ehtimalın hesablanma üsulları / Maddə 27)
-
Tender komissiyasının formalaşdırılması (Komissiyaya dair tələblər, komissiyanın funksiyası, tərkibi və məsuliyyəti / Maddə 23 və 38)
-
Tələbin formalaşdırılması (Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər, texniki tapşırıq, spesifikasiyanın növləri və onların yazılmasına dair tələblər/ Maddə 14)
-
Qiymətləndirmə meyarlarının formalaşdırılması (Qiymətləndirmə metodları, ixtisas dair tələblər və qiymətləndirilən digər komponentlər / Maddə 6, 36 və 44)
-
İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi (Beynəlxalq praktikada «prequalification» və qanunda uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru / Maddə 7)
-
Müqavilənin hazırlanması (Müqavilədə qiymətqoyma və ödəniş mexanizmi, satınalma predmetinə görə müqavilə seçimi / Maddə 40)
-
Satınalma metodunun seçilməsi (Beynəlxalq və dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri / Maddə 16, 17, 18, 19, 20, 21, 46, 47, 48, 49 və 50)
-
Satınalma sənədlərinin hazırlanması (Satınalma sənədləri (tenderin əsas şərtlər toplusu və kotirovka sorğusu şərtləri) komponentlərinin siyahısı və məzmunu / Maddə 15, 24, 34, 49-1 və 53)
-
Satınalma elanları və təkliflərin cəlb edilməsi (Elan (dəvət) müddətləri, məzmunu, iştirak haqqı, dövlət satınalmalarında iştirak və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər / Maddə 25, 26, 29, 41, 42 və 50-3)
-
Satınalma sənədlərinə dair izahat və dəyişikliklər (Satınalma prosedurlarında məlumat vermə formaları, danışıqlar və sənədlərə dəyişikliklər / Maddə 9, 30, 39 və 43)
-
Təkliflərin təqdim edilməsi və açılması (Tenderə təqdim edilən sənədlər (təklif məktubu, tender təklifinin təminatı, işçi heyət və s.) və təkliflərin açılması / Maddə 28, 31, 32, 33, 35 və 50-4)
-
Təkliflərin qiymətləndirilməsi (Təkliflərə baxılması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif, izahat və təkliflərin kənarlaşdırılması / Maddə 6, 27, 36, 37, 44, 45 və 50-5)
-
Satınalmanın nəticəsi (Tender komissiyasının qərarı, yekun protokol, satınalmanın ləğv olunması və qalibin iflasa uğraması / Maddə 11, 37, 50-6 və 52)
-
Müqavilənin imzalanması (Müqavilənin imzalanması və qüvvəyə minməsi, iş həcminə dəyişikliklər və icazələr / Maddə 5 və 40)
-
Müqavilənin icrası (İşlərə başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avans və digər təminatlar, subpodrat, satınalma predmetinə görə ödəniş şərtləri və müqavilənin dəyişdirilməsi / Maddə 40-1, 40-2 və 51)
-
Müqavilə iddiaları və mübahisələri (Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri, iddia üçün tələblər, müqaviləyə xitam verilməsi / Maddə 40)
-
Müqavilənin tamamlanması (Müqavilənin tamamlanması şərtləri, prosedurları və nəticələrin qiymətləndirilməsi / Maddə 40-1)
-
Satınalma hesabatı (Satınalma prosedurları haqqında hesabat və satınalmanın sənədlər toplusu / Maddə 10, 54)
-
Dövlət satınalmalarının vahid internet portalı (Portalın tarixçəsi, imkanları, inteqrasiya hədləri və əsasnaməsi / Maddə 50-2)
-
Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri / Maddə 12, 55, 56, 57, 58, 59 və 60)
-
Elektron satınalma (e-tender və e-kotirovka) keçirilməsinin əyani təqdimatı (Portala daxil olma, planın hazırlanması, elanın hazırlanması, ixtisas sənədlərinin yoxlanması, təkliflərin qəbulu və açılması, təkliflərin qiymətləndirilməsi, yekun protokolun tərtib edilməsi və nəticəyə dair bildirişin yerləşdirilməsi)
Kursda iştirak
Yeri: Səməd Vurğun küçəsi, 34, Af Mall, 4-cü mərtəbə
İştirakçı sayı: əyani - 12 nəfər, onlayn - 8 nəfər
İştirak haqqı (ödəniş üçün kart məlumatlarını və ya bank hesabı detallarını əldə etmək üçün bizimlə əlaqə saxlayın):
-
Əyani: 600 AZN (korporativ 650 AZN)
-
Onlayn: 500 AZN (korporativ 550 AZN)
-
Endirim: Korporativ iştirak zamanı eyni şirkətdən 2 iştirakçı olduqda 2-ci iştirakçıya, 3 və daha artıq iştirakçı olduqda isə bütün iştirakçılara 5% endirim tətbiq ediləcək.
-
Kursun tarixləri
Təlim kursunun 1-ci sessiyası yekunlaşdı!
Təlim kursunun 2-ci sessiyası yekunlaşdı!
Təlim kursunun "Azərlotereya" QSC ilə korporativ sessiyası yekunlaşdı!
-də!
Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə A-dan Z-yə ətraflı izah edildiyi 01 oktyabr - 12 noyabr və 6 aprel-14 may tarixlərində əyani keçirilmiş 25-30 saatlıq "Dövlət satınalmalarının təşkili (geniş)" təlimlərinin canlı səs və görüntü qeydlərindən formalaşdırılıb.
Format
Əyani təlimlərin canlı qeyd edildiyi video materiallar redaktə edilərək təmizlənmiş və kəsintisiz dinlənə və izlənə biləcək formaya salınmışdır. Bundan başqa iştirakçıların suallarına verilən cavablar, həmçinin bəzi hissələrdə iştirakçıların səsləndirdiyi fikirlər də saxlanılmışdır. Material canlı danışıqdan hazırlandığı üçün müəyyən hissələrdə texniki problemə görə yaranmış natamamlıqlar digər təlimdən götürülərək tamamlanmışdır. Ümumilikdə məzmun ~15 saatdan ibarətdir. Kursa yazılanlar 21 sənəddən ibarət Dövlət satınalmaları haqqında qanunvericilik toplusunu da ÖDƏNİŞSİZ əldə edəcəklər.
Ödəniş
Kursun standart qiyməti XX₼ təşkil edir.
Canlı sual-cavab
YALNIZ cari kursu bitirənlər üçün 15-20 nəfərlik qruplar formasında 3 aydan bir (dəqiq tarix 2 həftə əvvəl açıqlanır) canlı və onlayn formatda 3-4 saatlıq sual-cavab sessiyasının təşkil edilməsi nəzərdə tutulub. Canlı görüş üçün suallar əvvəldən toplanılıb qruplaşdırılaraq görüş zamanı cavablandırılır və hər bir iştirakçı üçün görüş zamanı yaranan yeni suallarını vermək üçün müəyyən vaxt nəzərdə tutulur. Bundan başqa yenə yalnız cari kursun iştirakçılar üçün gələcəkdə 1 günlük əyani sessiyaların da keçirilməsi planlaşdırılır.
İştirakçıların sualları eyni zamanda Udemy platformasında da 48 saat ərzində cavablandırılır.
Əyani imtahan və sertifikat
Bundan başqa kurs iştirakçıları canlı sessiya tarixlərindən sonra 10-15 gün ərzində (dəqiq tarix 1 həftə əvvəl açıqlanır) keçiriləcək əyani imtahanda iştirak edərək sertifikat da əldə edə bilərlər. İlkin sessiya aprel və may aylarında, nəzərdə tutulub lakin iştirakçı sayına və müraciətlərə görə erkənə alına və ya ertələnə bilər.
İmtahan nəticələr 1-2 həftə ərzində qiymətləndirilib imtahan sualları və nəticələr 1-2 saatlıq əyani sessiyada təhlil edilərək imtahan göstəricilərinə görə iştirakçılara sertifikatlar təqdim edilir.
İmtahan sessiyasında kurs iştirakçısı olmayanlar da iştirak edə bilər. Belə iştirakçılar üçün imtahanda iştirak haqqı XX ₼ təşkil edir.