top of page

Satınalmaların təşkili və müqavilələrin idarə olunması (STMİO)

Ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi təlim kursu 5 hissə və ümumilikdə 38 mövzu olmaqla 600-dən çox slayd təqdimatı üzərindən yalnız korporativ müraciətlər əsasında keçirilir.

Təqdimatdakı məlumatlar əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, FIDIC, dövlət satınalmaları qanunvericiliyi, RICS, UNCITRAL, həmçinin şəxsi təcrübə əsasında formalaşdırılıb.

Təqdimatda nəzəri biliklərlə yanaşı 100-ə yaxın nümunə-şablon sənədin təhlili və 20-ə yaxın situasiya analizi (“case study”) aparılıb. 5-ci hissədə isə öyrədilən məlumatların tətbiq edildiyi real situasiya analizi aparıldıqdan sonra fərdi qrup tapşırıqları ilə təlim yekunlaşır.

Təqdimatda istinad olunan Azərbaycan dilinə tərcümə olan terminlərin orijinal ingilis dilindəki variantları da qeyd edilir

Təlim kursunun iştirakçılarına sertifikat verilir

Kurs kimlər üçündür?

Satınalmaçılar

  • Satınalma sahəsində birbaşa və ya dolayı yolla çalışan və biliklərini təkmilləşdirmək istəyənlər

  • Dövlət satınalmaları ilə məşğul olan mütəxəssislər (o cümlədən mühasiblər, maliyyəçilər və s.)

  • Özəl təşkilatlarda satınalmaları həyata keçirən əməkdaşlar

  • Beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi layihələrdə satınalma həyata keçirənlər

Potensial satınalmaçılar

  • Satınalma ilə yaxından maraqlananlar və özünü gələcəkdə bu sahədə görmək istəyənlər

  • Satınalma və ya oxşar sahədə (biznesin idarə olunması, maliyyə və s.) təhsil alan yeni məzunlar və ya tələbələr

  • Karyerasını bu sahədə davam etdirmək istəyən digər sahələrin (satış, maliyyə, hüquq və s.) mütəxəssisləri

 Satış menecerləri

  • Çalışdığı təşkilatın profilinə uyğun özəl, dövlət və beynəlxalq təşkilatları və onlar tərəfindən keçirilən satınalmaları müəyyən edib təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri

Mikro və kiçik sahibkarlar

  • Təşkilatın biznes proseslərini formalaşdırmaq, təkmilləşdirmək və satınalmalarda səmərəliliyə nail olmaq istəyən rəhbər işçilər (biznes sahibləri), o cümlədən biznesin inkişafı üzrə menecerlər və biznes partnyorları

Bu kursun digər oxşar kurslardan və sertifikat proqramlarından fərqləndirən üstün cəhətlər hansılardır?

  • Hər kəsin başa düşəcəyi sadə dillə, gündəlik həyatdan praktiki analogiyalar verilərək real nümunələr üzərindən təqdimat

  • Satınalma prosesi ilə bağlı gündəlik işlərə rahatlıqla tətbiq edilə bilinəcək zəruri və faydalı məlumatlar

  • Nəzəri məlumatların real praktikada tətbiq üsulları və istifadə məntiqinin izahı

  • Satınalmanın daha geniş perspektivdən və onunla əlaqəli sahələrlə birlikdə təsviri

  • Satınalma prosesinin 20 fərqli perspektivdən təhlili

Kursun sonunda iştirakçılar nələri öyrənəcəklər?

  • Satınalmanın görünməyən tərəfləri: Satınalma proseslərinin məntiqi ardıcıllığı və prinsipləri, həmçinin araşdırma və strateji alətlərlə bazar haqqında məlumat toplanması və analizi

  • Satınalmanın az görünən tərəfləri: Satınalma strategiyasının və planının qurulması, müvafiq olaraq satınalmaların uğurla tamamlanması üçün zəruri nəzəri və praktiki məlumatlar

  • Satınalmanın görünən tərəfləri: Satınalma sənədlərinin hazırlanması və təkliflərin cəlb edilməsi, təkliflərin hazırlanması və qiymətləndirilməsi

  • Müqavilə şərtləri və müqavilənin idarə edilməsi: Satınalma nəticəsində bağlanacaq müqavilələrin planlanması, idarə edilməsi (risklərin və münaqişələrin/iddiaların) və tamamlanması

Kursa qatılmaq üçün hər hansı tələb və ya şərt var?

  • Satınalma barədə minimal ilkin biliklərin və anlayışın olması

  • Dövlət satınalmaları haqqında qanun ilə tanışlıq

  • Satınalma sahəsində ilkin təcrübə (6+ ay) və ya oxşar sahədə təhsil

Kursu iştirakçıları əlavə olaraq aşağıdakı sənədləri ÖDƏNİŞSİZ əldə edəcəkdir

  • I. İstinad və istifadə edilən 150+ mənbə sənədi:

    • Dünya Bankı (World Bank - WB) satınalma şablonları və təlimatları​

    • Asiya İnkişaf Bankı (Asian Development Bank - ADB) satınalma şablonları və təlimatları

    • Royal Institute of Chartered Surveyors - RICS təlimatları

    • Digər təşkilatların (FIDIC, Uncitral, ICC, EUsənədləri

  • II. Şablon satınalma sənədləri:

    • Tenderin əsas şərtlər toplusu (Standard Bidding Documents – SBD)

    • Dövlət satınalmaları qanunvericiliyi əsasında hazırlanmış tenderin əsas şərtlər toplusu

    • Uyğunluğun öncədən qiymətləndirilməsi sənədi (Prequalification – PQ)

    • Qiymət sorğusu (Request for Quotation – RFQ)

    • Qiymət təklifi (Quotation)

    • Təkliflərin müqayisə cədvəli (Bid comparison table)

    • Sifariş tapşırığı (purchase order - PO)

Təlim kursu barədə təklif almaq üçün bizimlə əlaqə saxlayın.

​Təlim kursunun 1-ci onlayn sessiyası yekunlaşdı!

ABB ilə təlimin növbəti əyani sessiyası yekunlaşdı!
bottom of page