top of page

Elektron bank təminatı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2022-ci il tarixli, 38 nömrəli Qərarı ilə “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilmişdir. Müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə Mərkəzi Bank tərəfindən bank zəmanətlərinin mərkəzləşdirilmiş reyestri yaradılmış və kommersiya bankları tərəfindən dövlət satınalmaları üzrə verilən bank zəmanətlərinin dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyası 18 yanvar 2023-cü il tarixində təmin edilərək elektron bank təminatı istifadəyə verilmişdir.


Beləliklə 12 yanvar tarixindən sonra elan edilən və açılışı 9 fevraldan sonra olan elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə tender təklifinin təminatı yalnız elektron olaraq qəbul ediləcəkdir. Məlumat üçün bildirək ki, "ADOC" fayl formatındakı təminatlara baxmaq üçün ADOC Client, "Edoc" fayl formatındakı təminatlara baxmaq üçün isə SİMA Elektron imzalayıcı proqram təminatlarını endirib kompüterə quraşdırmaq tələb olunur. Satınalan təşkilattəchizatçılar üçün elektron təminatdan istifadəyə dair ətraflı məlumatların olduğu təlimatlar dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmişdir.


Bu barədə daha ətraflı videodakı təqdimatda tanış ola bilərsiniz:


bottom of page