top of page
Writer's pictureElşən Həsənov

Satınalmada keyfiyyət anlayışı

Updated: Feb 13, 2021

Keyfiyyət sözü nə qədər geniş mənaya sahib olsa da söhbət satınalmadan gedirsə bu çox konkretdir, sənin minimal ehtiyacına cavab verən hər bir təklif keyfiyyətlidir! Velosipedə ehtiyac olan birinə maşın təklif edilməsi bu təklifin digər velosiped təklif edənlərlə müqayisədə qətiyyən çox keyfiyyətli olması mənasına gəlmir! Daha incə keyfiyyət fərqi məsələsindən nümunə versək, məsələn əgər sizin minimum 2 motor, avtomat sürətlər qutusu və 4×4 özəllikdə maşın lazımdırsa sizin minimal tələbə cavab verən ucuz təklif olduğu halda 3 motor, ceyran dərili salonu olan bahalı təklifi keyfiyyətlidir deyə seçmək absurddur!

Burda ən maraqlı və vacib faktor isə minimal tələbin formalaşdırılması, yəni satınalmanın “0” nöqtəsi sayılan tələbin müəyyən edilməsidir. Bir çox sifarişçi bu tələbi formalaşdıra biləcək peşəkar heyəti olmadığından və kənardan da məsləhətçi cəlb etməyi ehtiyac bilmədiyindən “hər ehtimala qarşı” prinsipi ilə öz ehtiyacından da artıq göstəricilərə malik “ən keyfiyyətli” axtarışına çıxır.

Keyfiyyətdə digər vacib amil etibarlılıqdır (reliability). Leandustry: “Etibarlılıq hər hansı bir sistemin və ya məhsulun, müəyyən fiziki durumda, təyin edilmiş vaxt ərzində öz dizayn funksiyalarını müəyyən olunmuş performans ölçülərində yerinə yetirmə ehtimalıdır”. Yəni məsələn şərti olaraq Hyundai Elantra da 3 il və ya 100000 km zəmanət verir, Toyota Corolla da. Bu 3 il ərzində əgər aldığınız 5 Corolla’dan 1-nin, 5 Elantra’dan 2-nin sürət qutusu istifadə qaydalarına düzgün əməl olunduğu təqdirdə dağılmamalı olduğu halda dağılırsa (təminat müddətinə düşdüyü üçün servis bərpa etməlidir əlavə xərc olmadan) demək ki, Corolla 80%, Elantra isə 60% etibarlıdır. Xüsusilə həssas/kritik rola malik sifarişlərdə (məsələn bankın server mərkəzi) etibarlılıq ciddi rol oynayır, ancaq bu kimi ofis daxili əməkdaşların istifadəsi üçün maşın alışlarında əgər minimal tələbə cavab verən Elantra və Corolla arasında seçim etməlisinizsə Elantra ucuz olduğu təqdirdə o seçilməlidir. Kritik alışlar üçün “məncə filan məhsul daha keyfiyyətlidir, bazarda hamı bunu bilir” tipli subyektiv fikirlər yox, obyektiv və güvənilən mənbələrə istinad edilərək hazırlanmış rapor əsasında daha bahalı ancaq etibarlılığı yüksək olan məhsullar seçilə bilər.

留言

評等為 0(最高為 5 顆星)。
暫無評等

新增評等
bottom of page