Qalib təklifin hazırlanması
Dövlət satınalmalarında iştirak edib uğurlu olmaq istəyən sahibkarlar üçün dövlət satınalmalarının əsasları və incə məqamları barədə
Məqsədi
Kimlər üçündür
-
Dövlət satınalmalarında iddiaçı kimi iştirak edən bütün şirkətlər
Nə öyrədilir
-
Satınalma haqqında təməl və vacib məlumatlar
-
Dövlət satınalmalarını haqqında qanunvericiliyin tez-tez tətbiq olunan əsas maddələrinin təhlilini
-
Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqini
Tələblər
-
Kursa qoşulmaq üçün heç bir önbilgi və ya təhsil tələb olunmur
Mövzular
-
Dövlət Satınalmaları qanunvericiliyi və mərhələləri («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər və satınalma prosedurları üzrə mərhələlərin siyahısı)
-
Satınalmanın planlaşdırılması (Satınalma planının tərtib edilməsi, ehtimal olunan qiymətin müəyyən edilməsi, satınalma metodunun seçilməsi və tender komissiyasının formalaşdırılması)
-
İxtisas uyğunluğu proseduru (İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi)
-
Satınalma sənədləri (Satınalma sənədlərinin hazırlanması , qiymətləndirmə meyarları və iştirak haqqının müəyyən edilməsi)
-
Satınalma elanları (Satınalmanın elan edilməsi və satınalma sənədlərinə dair izahatın verilməsi və onda dəyişikliklərin edilməsi)
-
Təkliflərin təqdim edilməsi (İlkin sənədlərin təqdim edilməsi, təkliflərin təqdim edilməsi və açılması , tender təklifinin təminatı, təklif təqdim edilməsinə dair məsləhətlər)
-
Təkliflərin qiymətləndirilməsi (Təkliflərin qiymətləndirilməsi , təkliflərə dair izahatın alınması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif və təkliflərin kənarlaşdırılması)
-
Satınalmanın nəticələri (Qalibin seçilməsi, icazələrin alınması, müqavilənin imzalanması və satınalmanın baş tutmaması)
-
Müqavilənin icrası (İşlərə başlanılması, müqavilənin icrası və ödəniş , ödəniş şərtləri, müqavilənin yerinə yetirilməsi təminatı, müqavilənin dəyişdirilməsi və müqavilənin tamamlanması və ödəniş)
-
Müqavilədə ödəniş şərtləri (Mallar, xidmətlər və işlərə görə ödəniş, akkreditiv (kredit xətti), avans, avans təminatı, saxlama və icra təminatı)
-
Müqavilə iddiaları və mübahisələri (Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri və iddia üçün tələbləri)
-
Satınalmada saxtakarlıq halları (Saxtakarlıq əlamətləri və qabaqlayıcı tədbirlər)
-
Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri)
-
Elektron satınalmalarda iştirakın əyani təqdimatı
Tədbirin proqramı
-
09:30 - Qeydiyyat başlayır
-
10:00 - Tədbir başlayır
-
11:30:12:00 - Çay-kofe fasiləsi
-
12:00-13:00 - Tədbirin davamı
-
13:00-14:00 - Nahar fasiləsi
-
14:00-15:30 - Tədbirin davamı
-
15:30-16:00 - Çay-kofe fasiləsi
-
16:00-17:30 - Tədbirin davamı
-
17:30 - Tədbirin sonu
Təlimçilər
Qeydiyyat və ödəniş
Tədbirin 1-ci sessiyası müvəffəqiyyətlə yekunlaşdı. Növbəti tədbirlərdən xəbər tutmaq üçün səhifəmizə abunə olmağı və bizi sosial şəbəkələrdə izləməyə davam edin.