top of page

Dövlət satınalmalarına giriş

"Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və ona dair qanunvericiliyinin əsas məqamlarının ümumi izah edildiyi onlayn kurs. Təlim proqramı Udemy portalı vasitəsilə sizə təqdim olunur.

(niyə Udemy?)

Məqsədi

Kimlər üçündür

  • Dövlət satınalmaları sahəsində çalışan satınalma mütəxəssisləri

  • Tender komissiyasının üzvləri

  • Təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri

Nə öyrədiləcək

  • Satınalma haqqında təməl və vacib məlumatlar

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin tez-tez tətbiq olunan əsas maddələrinin təhlilini

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqini

Tələblər

  • Dövlət satınalmaları haqqında minimal biliklər

Təsviri

Təlim kursu satınalma və satınalmaçı mövzusu ilə başlayıb dövlət satınalmaları qanunvericiliyinə aid olan qüvvədə olan bütün qanun, fərman və qərarlar əsasında dövlət satınalmalarını nəzəri olaraq təhlil edərək, qanunun ən çox işlək maddələrinin praktiki tətbiqini sadə və anlaşılan dildə izah edildiy Udemy portalına yerləşdirilmiş 3 saatlıq video təqdimatdan ibarətdir. Təlimdə mövzular izah edilərkən dövlət satınalmaları haqqında qanuna edilməsi planlaşdırılan dəyişikliklər, o cümlədən yeni qanun layihəsindəki mövcud maddələrə gözlənilən dəyişikliklərdən də bəhs edilib.

Bu sahəyə yeni başlayırsınızsa əldə edəcəyiniz biliklər sayəsində dövlət satınalmaları ilə bağlı prosedurları rahatlıqla icra edə biləcəksiniz. Yox əgər artıq bu sahədə çalışırsınızsa biliklərinizi daha da təkmilləşdirib, bilmədən yol verdiyiniz səhvləri düzəltmək imkanı əldə edəcəksiniz.

? Təlim kursu iştirakçıları əlavə olaraq aşağıdakı sənədləri ÖDƏNİŞSİZ əldə edəcəkdir:

✅ Dövlət satınalmaları qanunvericiliyi əsasında hazırlanmış tenderin əsas şərtlər toplusu;

✅ Dövlət satınalmaları haqqında qanunvericiliyə aid sənədlər toplusu;

✅ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq fərmanı və digər əlaqədar sənədlərdəki istinadların birbaşa göstərildiyi ən sonuncu dəyişikliklər (22 iyun 2021-ci il) əsasında hazırlanmış qanun.

? 40 sualdan ibarət yekun sınaq imtahanı kurs iştirakçılarının kursda öyrəndiklərini test etmək imkanı yaradır. İmtahandan keçid xalı 50%-dir. İmtahan müddəti 30 dəqiqədir. İmtahan nəticəsinə görə zəif bal topladığınız mövzuları təkrarlamaq tövsiyə olunur

 

? "Dövlət satınalmaları haqqında" Qanuna ediləcək istənilən dəyişikliklər bütün kurs iştirakçılarına əlavə ödəniş edilmədən təqdim ediləcəkdir.

 

⁉️ Təlim iştirakçılarının dövlət satınalmaları qanunvericiliyi ilə bağlı əlavə sualları olduqda Udemy portalı vasitəsilə ünvanladıqları zaman bu suallara 1-24 saat ərzində cavab verilir.

Təlim dövlət və özəl satınalmalar sahəsində uzun müddət təcrübəsi olan, həmçinin hal-hazırda dövlət satınalmalarına nəzarət orqanında şikayətləri araşdıran mütəxəssis (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin, Dövlət satınalmaları şöbəsi = köhnə Satınalmalar üzrə Dövlət Agentliyi) və dövlət satınalmalarını tənzimləyəcək yeni qanun layihəsini, o cümlədən qanunvericilik sənədlərini hazırlayan komissiyanın üzvü olan Elşən Həsənov tərəfindən hazırlanmışdır.

Təlim kursu ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi 35 mövzudan ibarət olan 30 saatlıq Satınalmaların təşkili və müqavilələrin idarə olunması peşəkar təlim kursununun dövlət satınalmalarına dair hissələrdən çıxarış edilərək hazırlanmışdır.

 

Endirim

  • Kurs ödənişini MilliÖn / e-Manat və ya Card-to-Card ilə edənlərə də 3️⃣5️⃣₼ endirim (=50₼)!

  • Eyni qaydada ödəniş edən "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" kursunun iştirakçılarına 2️⃣0️⃣₼ endirim (=30₼)!

ℹ️ Ətraflı məlumat və endirim fürsətlərindən faydalanmaq üçün bizimlə əlaqə saxlayın!

Məzmunu

  1. Satınalma və satınalmaçı

    • Promo təqdimat

    • Satınalma nədir?

    • Satınalmaçı kimdir

  2.  Dövlət satınalmaları qanunvericiliyi

    • Xidməti davranış qaydaları

    • Maraqların ziddiyyəti

    • Dövlət satinalmalarının elektronlaşması

    • Təsvirə aid tələblər

    • Rəqabət növü

    • Birbaşa seçim (bir mənbədən satınalma)

    • Seçim strukturu

    • Danışıqlar və Ən yaxşı sonuncu təklif (BAFO)

    • Satınalma metodları

    • Ehtimal qiymət

    • Müqavilələr

    • Tender komissiyası

    • Bal (xal) ilə qiymətləndirilən meyarlar

    • Planlaşdırma

    • Satınalma sənədləri

    • Tender təklifinin təminatı

    • Təkliflərin cəlb edilməsi

    • Elan (dəvət)

    • İştirak haqqı

    • Tenderə dair izahat və dəyişikliklər

    • İxtisas sənədləri

    • Tender təklifi

    • Təklifə dair izahat

    • Güzəşt

    • Təkliflərin qiymətləndirilməsi

    • Şikayətlə bağlı qanunvericilik

    • Satınalan təşkilatdan şikayət

    • Yuxarı orqana şikayət

    • Məhkəməyə şikayət və məsuliyyət

    • Təklifin qəbul edilməsi

    • Tenderin baş tutmaması

    • Ödəniş şərtləri

  3. Elektron satınalmaya dair təlimatlar

  4. Sınaq imtahanı - 40 sual

  5. Satınalma qanunvericiliyinə dəyişiklik (22.06.2021)

bottom of page