top of page
Trade Services

Vəzifə təlimatı:

  • Satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi

  • İllik satınalma planının hazırlanması

  • Təchizat üzrə materiallara olan daxili tələbləri öyrənilməsi, ən münasib tenderlərin,  təchizat üzrə təkliflərin hazırlanması.

  • Sifarişlə bağlı tələbləri emal etmək, alınan malın vaxtında çatdırılmasını, alıcının texniki şərtlərinə cavab verməsini təmin etmək

  • Xarici və daxili bazarı yaxşı bilmək

  • Təchizat fəaliyyətinə və təşkilatın prosedurlarına uyğun olaraq təkliflər etmək

  • Tender qiymətləndirmə planına, təşkilatın siyasət və prosedurlarına uyğun olaraq təklifi qiymətləndirmək

  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılmasılmasına nəzarət etmək

  • Müəssisənin tələblərinə uyğun olaraq razılaşdırılmış vaxt qrafiki çərçivəsində təchizat prosesini yekunlaşdırmaq

  • Təchizat prosesinin tələb olunan keyfiyyət standartlarına və təchizat məqsədlərinə cavab verməsini təsdiq etmək üçün yoxlama təşkil etmək

  • Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması

  • Risklərin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması

  • Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi

Namizədə tələblər:

  • 3-5 il müvafiq sahədə iş təcrübəsi

  • MS Office, Outlook  proqramlarında peşəkar işləmək bacarığı, Alınmış malların qeydiyyatının 1C proqramında aparılması;

  • Yaradıcı, innovativ və strateji  düşünmə bacarığı

  • İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik

  • Yüksək idarəetmə qabiliyyəti

  • Dil biliyi: Azərbaycan dili (əla), İngilis dili əla, rus dili (arzuolunan)

  • İş qrafiki: həftədə 5 gün, 10:00-19:00

  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Təchizat üzrə menecer” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.


E-mail: sabina.safarova@tradeservices.az

Dərc olunma tarixi:

Mənbə:

25 May 2023

Təchizat üzrə menecer
bottom of page