top of page
Economy News
Dəftərxana və təsərrüfat mallarının, kompüter avadanlıqlarının, ofis mebellərinin və peşə təlimi materiallarının alınması

Elan tarixi:

21/02/23

Təchizatçıların və İş adamlarının nəzərinə!

“Ümid” SİD təchizatçıları və iş adamlarını təchizat

layihələrində iştirak etmək üçün müsabiqəyə dəvət edir

Məlumat üçün bildiririk ki, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi icmalarda təhsil şəraitinin yaxşılaşdırılmasına, icma üzvlərinin bilik və bacarıqlarının artırılmasına və əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən yerli qeyri-hökumət təşkilatıdır. “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (bundan sonra “Ümid” SİD) həyata keçirdiyi layihələr çərçivəsində təchizat işlərinin yerinə yetirilməsi məqsədilə (dəftərxana və təsərrüfat mallarının, kompüter avadanlıqlarının, ofis mebellərinin və peşə təlimi materiallarının alınması) Bakı şəhəri, eləcə də Goranboy, Yevlax, Mingəçevir və ətraf rayonlarda fəaliyyət göstərən və bu sahədə təcrübəsi olan təchizatçı təşkilatları müsabiqədə iştirak etməyə dəvət edir. Dəftərxana, təsərrüfat və kompüter avadanlıqlarının alınması üçün sənədlər toplusunu təqdim edənlər mal və materialların (bu günə olan qiymətlərlə) qiymət cədvəlini əlavə etməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:

1. Sizin qeydiyyat sənədləriniz və hüquqi statusunuz barədə sənəd (2023-cü il)

2. Vergilər idarəsində qeydiyyat kodu və vergi ödəyicisinin statusu: “Sadələşdirilmiş Vergi Ödəyicisi” və ya “Əlavə Dəyər Vergisi Ödəyicisi” şəhadətnaməsi

3. Ünvan və əlaqə saxlamaq üçün kontakt məlumatlarınız (telefon, e-mail və s.)

4. Əvvəlki illərdə həyata keçirdiyiniz təchizat layihələrinin siyahısı

5. Əvvəlki müştərilərinizdən (telefon nömrələri göstərilmək şərti ilə) minimum 3 ədəd tövsiyə/zəmanət məktubu

6. Təşkilatınızın fəaliyyətinin digər istiqamətləri (profili) barəsində qısa məlumat

7. Bank tərəfindən təqdim edilmiş və bank rekvizitləri, eləcə də borcun olmamasını özündə əks etdirən məktub

8. Tələb olunan fəaliyyət növləri barəsində Lisenziya və icazə sənədləri

9. Təşkilatınızın texniki imkanları barədə məlumat

Qeyd olunan sənədlər müşayiət məktubu ilə birlikdə bağlı zərfdə və möhürlənmiş şəkildə təqdim olunmalıdır:

Sənədlər 21 fevral 2023-cü il tarixindən 06 mart 2023-cü il tarixinədək qəbul olunur.

Sənədlər aşağıda göstərilən ünvana təqdim olunmalıdır:

Bakı şəhəri: Mirzə Cabbar Məmmədzadə küç. 166A, Yasamal rayonu

Əlaqə: “Ümid” SİD-in Təchizatçı Meneceri Elşən Əsgərov, tel: 050 352 48 47

“Ümid” SİD-in Layihə koordinatoru Əflatun Verdiyev, tel: 050 528 75 94

Əlaqə və təklif göndərmək üçün

050 352 48 47

Elşən Əsgərov

bottom of page