Qalib təklifin hazırlanması
Satınalan təşkilatların keçirdiyi müsabiqələrdə, o cümlədən dövlət satınalmalarında iştirak edib qalib gəlmək istəyən təchizatçıların satış mütəxəssisləri və kommersiya menecerləri üçün satınalmalarının əsasları və incə məqamlarının izah edildiyi 21 mayda Holiday Inn hotelində tam günlük hər şey daxil seminarda və qərarverici satınalma rəhbərləri ilə "networking" tədbirində iştirak
Məqsədi
Kimlər üçündür
-
Müxtəlif satınalan təşkilatların keçirdiyi müsabiqələrdə, xüsusilə dövlət satınalmalarında iştirak etmək istəyən və ya mütəmadi iştirak edərək mal, iş və xidmətlərini satmaq istəyən bütün təchizatçıların satış mütəxəssisləri, kommersiya menecerləri və s.
Nə öyrədilir
-
Satınalma haqqında təməl və vacib məlumatlar
-
Dövlət satınalmalarını haqqında qanunvericiliyin tez-tez tətbiq olunan əsas maddələrinin təhlilini
-
Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqini
Tələblər
-
Aidiyyəti sahədə praktiki və nəzəri məlumatların olması
Mövzular
-
Dövlət Satınalmaları qanunvericiliyi və mərhələləri («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər və satınalma prosedurları üzrə mərhələlərin siyahısı)
-
Satınalmanın planlaşdırılması (Satınalma planının tərtib edilməsi, ehtimal olunan qiymətin müəyyən edilməsi, satınalma metodunun seçilməsi və tender komissiyasının formalaşdırılması)
-
İxtisas uyğunluğu proseduru (İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi)
-
Satınalma sənədləri (Satınalma sənədlərinin hazırlanması , qiymətləndirmə meyarları və iştirak haqqının müəyyən edilməsi)
-
Satınalma elanları (Satınalmanın elan edilməsi və satınalma sənədlərinə dair izahatın verilməsi və onda dəyişikliklərin edilməsi)
-
Təkliflərin təqdim edilməsi (İlkin sənədlərin təqdim edilməsi, təkliflərin təqdim edilməsi və açılması , tender təklifinin təminatı, təklif təqdim edilməsinə dair məsləhətlər)
-
Təkliflərin qiymətləndirilməsi (Təkliflərin qiymətləndirilməsi , təkliflərə dair izahatın alınması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif və təkliflərin kənarlaşdırılması)
-
Satınalmanın nəticələri (Qalibin seçilməsi, icazələrin alınması, müqavilənin imzalanması və satınalmanın baş tutmaması)
-
Müqavilənin icrası (İşlərə başlanılması, müqavilənin icrası və ödəniş , ödəniş şərtləri, müqavilənin yerinə yetirilməsi təminatı, müqavilənin dəyişdirilməsi və müqavilənin tamamlanması və ödəniş)
-
Müqavilədə ödəniş şərtləri (Mallar, xidmətlər və işlərə görə ödəniş, akkreditiv (kredit xətti), avans, avans təminatı, saxlama və icra təminatı)
-
Müqavilə iddiaları və mübahisələri (Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri və iddia üçün tələbləri)
-
Satınalmada saxtakarlıq halları (Saxtakarlıq əlamətləri və qabaqlayıcı tədbirlər)
-
Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri)
-
Elektron satınalmalarda iştirakın əyani təqdimatı
Tədbir barədə
Tədbirin tarixi: 21 may 2023
Tədbirin keçiriləcəyi yer: Holiday Inn (Kövkab Səfərəliyeva 5)
İştirakçı sayı (maksimum): 50 nəfər
Proqram:
-
09:30 - Qeydiyyat başlayır
-
10:00 - Tədbir başlayır
-
11:30-12:00 - Çay-kofe fasiləsi
-
12:00-13:00 - Tədbirin davamı
-
13:00-14:00 - Nahar fasiləsi
-
14:00-15:00 - Tədbirin davamı
-
15:00-15:15 – Qısa fasilə
-
15:15-16:30 - Tədbirin davamı
-
16:30 - Tədbirin sonu
-
16:30 - 18:30 Networking tədbiri / kofe breyk ilə
Təlimçilər
Qeydiyyat və ödəniş
İştirak haqqı: 8 maya qədər ödəniş edənlərə 350 AZN, bu tarixdən sonra 400 AZN
Qiymətə daxildir: Tədbirdə iştirak, nahar, çay-kofe fasiləsi və həmin gün 16.30-da keçiriləcək networking tədbirində iştirak.
Digər suallarınız üçün: +994 51 518 84 49 (whatsapp)