• Elşən Həsənov

Tender nədir və nə üçün keçirilir?

Tender satınalma növlərindən biri olub daha çox böyük məbləğli və mürəkkəb tərkibli malların, tikinti işlərin və s. alınması zamanı tətbiq edilir. Digər satınalma metodlarından fərqli olaraq burada qiymət faktoru ilə yanaşı texniki parametrlər də mühim ə[h]əmiyyət kəsb edir və qiymətləndirilir. Qiymətləndirmə meyarlarının düzgün [s]eçilməsi (iştirakçılarla paylaşılması), sifarişçinin nə istədiyini bilməsi və ən əsası şirkətin vahid maraqlarının (şəxsi maraqların yerinə) təmin olunması şəffaflığın təmin edilməsi uzun perspektivdə alınacaq tender predmetinin uğurlu olması üçün əsas tələblərdən biridir. Əksər tenderlərdə texniki və qiymət zərfləri ayrı-ayrılıqda açılaraq müvafiq ixtisaslı şirkət əməkdaşlarından təşkil edilmiş komissiyanın iştirakı ilə qiymətləndirilir. Qiymətləndirmə zamanı obyektivlik təmin edilməsi üçün bir neçə nəfər tərəfindən aparılmış qiymətləndirmə ballarının ortalaması götürülür və nəticə komissiyanın iştirakı ilə təkrar birgə baxılır. Bəzi hallarda bal sistemi yerinə "Keçdi/keçmədi" (pass/fail) qiymətləndirməsindən istifadə olunur, yalnız bütün meyarlar üzrə minimum tələblərə cavab verə iştirakçılar qiymətləndirilir. Komm[e]rsiya qiymətləndirməsi zamanı məxfilik və bərabərlik təmin edilməsi üçün hesablama səhvləri istisna olmaqla heç bir iştirakçının qiymətini artırmasına və ya azaltmasına (məlumat sızması ehtimallarına görə) icazə verilmir. Hər iki qiymətləndirmədən keçmiş iştirakçılar bal sırasına görə (çoxdan aza), "keçdi/keçmədi" meyarına görə qiymətləndirildikdə isə qiymət sırasına görə (azdan çoxa) sıralanır və sırada 1-ci olan firma müqavilə danışıqlarına dəvət olunur. Müəyyən kommersiya və texniki şərtlərə lazım olarsa təkrar baxılır, mövcud şərtlərin üzərindən keçilir, əgər razılıq olarsa qalib elan edilir. Əgər birinci yerdə olan iştirakçı ilə razılıq əldə olunmazsa növbəti iştirakçı danışıqlara dəvət olunur. Daha sonra müqavilə imzalanır və işlərin icrasına başlanır! Məlumatın istifadəsi zamanı səhifəyə istinad vacibdir!