Təchizat zəncirinin idarə olunmasında əsas anlayışlar (terminlər), onların izahı və ingiliscə qarşılıqları.
Təchizat zənciri [supply chain, supply chain management] - Təchizat zənciri yuxarı və aşağı axım bağlantıları vasitəsi ilə müxtəlif proseslər və fəaliyyətlər nəticəsində son istifadəçi (müştəri və ya istehlakçı) üçün məhsul və xidmət formasında dəyər yaradan təşkilatların şəbəkəsidir. Təchizat zəncirinin idarə olunması xammaldan başlayaraq son/hazır məhsulun istehlakçıya çatdırılmasına qədər məhsul və ya xidmətin bütün istehsal axınının idarə olunmasıdır.
İncə təchizat [lean supply] - Aşağı qiymətə yüksək həcmdə istehsal etməyə yönəlmiş ənənəvi və populyar "fabrik" zənciridir
Çevik təchizat [agile supply] - Tələb, müştəri tərcihlərinə və sənayedəki dəyişikliklərə tez cavab verən təchizat zənciri metodudur
Düzəlt və ya al [make or buy] - Məhsulun daxildə istehsalı və ya onu xarici təchizatçıdan satın alınması arasında seçim qərarı mexanizmidir
Logistika [logistics] - Yunan dilindəki «logistike» sözündən götürülən və “hesablama, düşünmə sənəti” (konkret əşya) mənasınıverən logistika, təchizat zənciri proseslərinin bir hissəsi olub müştərinin tələbatını ödəmək üçün malların, xidmətlərin və müvafiq məlumatların hər hansı başlanğıc nöqtəsi ilə son istehlak nöqtəsi arasında irəli və geri axımının və saxlanmasının səmərəli və effektiv şəkildə planlanması, tətbiq olunması və nəzarət edilməsini ehtiva edir.
İnkoterms [Incoterms] - Beynəlxalq Ticarət Sövdələşmələri [International Commercial Terms] Beynəlxalq Ticarət Palatası tərəfindən beynəlxalq ticarət hüququ ilə bağlı nəşr olunan əvvəlcədən müəyyən edilmiş bir sıra kommersiya şərtləridir
Kommersiya fakturası [commercial invoice] - Satıcı tərəfindən alıcıya verilən malların siyahısını və məbləğini göstərən sənəd
İnventar [stock, inventory] - İnventar təşkilat tərəfindən satılmaq və ya istifadə üçün saxlanılan bütün mal-materiallar və ya əşyaların siyahısıdır
Qamçı effekti [bullwhip/Forrester effect] - Təchizat zəncirinin yuxarı və aşağı axımında məlumata görə yaranmış qeyri-dəqiqlik
Sərfəli sifariş miqdarı [economic order quantity - EOQ] - İnventarın idarə olunmasında ümumi saxlama və sifariş xərclərini minimuma endirən optimal sifariş miqdarı
Vaxtında təchizat [just in time - JIT] - Müştərinin ehtiyac duyduğu şeyi, lazım olduqda və lazım olan miqdarda minimum insan, material və maşın resurslarından istifadə etməklə təmin etmək üçün incə istehsal yanaşmasıdır.
Anbar [warehouse] - Mal-materialın planlaşdırılmış ərazidə səmərəli daşınması və saxlanması imkanları yaradan obyekt
Satınalma [procurement, purchasing] - Satınalma ehtiyacın müəyyən edilməsi ilə başlayıb, planlama, spesifikasiyaların/tələblərin hazırlanması, büdcənin nəzərə alınması, seçim, müqavilə imzalanması və müqavilənin idarə olunması ilə davam edən prosesdir. Proses təminat müddətinin sona çatması ilə bitir. [Dünya Bankı] - Satınalma predmetinin satınalma metodunun tətbiqi ilə maliyyə vəsaiti hesabına satın alınması [Dövlət satınalmaları haqqında yeni Qanun layihəsindən çıxarış]
Satınalma mütəxəssisi [procurement/purchasing specialist] - Satınalmaların təşkil edilməsi üzrə vəzifə öhdəliklərini və müvafiq prosedurları icra edən şəxs
Təchizatçı (malgöndərən, podratçı, xidmət göstərən) [supplier, contractor, service provider] - Satınalan təşkilatla bağlanacaq (və ya bağlanmış) satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial (və ya real) tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi və fiziki şəxslərin birliyi (birlikdə və ayrılıqda tərəfdaşlıq öhdəlikləri daşıyan tərəflərin formalaşdırdığı müvəqqəti və ya daimi konsorsium) [Dövlət satınalmaları haqqında yeni Qanun layihəsindən çıxarış]
Sifarişçi, satınalan [client, buyer, employer] - Satınalma predmetini satın alan, sifariş verən tərəf (fiziki və ya hüquqi şəxs, dövlət təşkilatı və s.)
Satınalma predmeti [procurement subject] - satın alınan mallar, işlər və ya xidmətlər (məsləhət və qeyri-məsləhət) [goods, works, consulting and services (consulting and non-consulting)]
Tender [tender, request for bidding - RFB] - satınalma metodlarından biri olub əsasən böyük həcmli və məbləği satınalmaların həyata keçirilməsi zamanı tətbiq olunur (sifarişçi nəyi necə istədiyini müəyyən edə bildikdə) satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların .. təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqə [Dövlət satınalmaları haqqında qanun]
Təkliflər sorğusu [request for proposals - RFP] - Satınalma metodlarından biri olub əsasən böyük həcmli və məbləği, tenderə nisbətdə daha mürəkkəb satınalmaların həyata keçirilməsi zamanı tətbiq olunur (sifarişçi nəyi istədiyini bilib necə istədiyini müəyyən edə bilmədikdə)
Qiymət sorğusu [request for quotation - RFQ] - Satınalma metodlarından biri olub əsasən kiçik həcmli və məbləği standart, hazır malların, işlərin və xidmətlərin satınalması zamanı tətbiq olunur
Birbaşa satınalma [direct contracting] - Müsabiqədənkənar satınalma metodu olub sadəcə bir təchizatçı ilə müsabiqə keçirilmədən birbaşa müqavilə bağlamaq mənasına gəlir
Yeganə mənbədən satınalma [solo source]: ancaq bir mənbə mövcud olduqda [single source]
Bir mənbədən satınalma [single source]: bir neçə mənbə ola-ola bir təchizatçıya üstünlük veriləndə
Qeyd edək ki, bu və digər anlayışlar barədə daha ətraflı "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" və "Hər kəs üçün satınalma" kitablarında oxuya və ya yaxın zamanda keçirilməsi planlaşdırılan "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" və "Dövlət satınalmalarının təşkili" təlimlərimizdə öyrənə bilərsiniz.
Təqdim edilən 21 anlayışın PDF təqdimatını Telegram kanalımızdan və ya LinkedIn səhifəmizdən əldə edə bilərsiniz.
Hal-hazırda ən çox istifadə edilən satınalma terminlər və onların tövsiyə edilən və əsas istifadə edilən Azərbaycan dilində tərcümələrini "Əsas satınalma terminləri" məqaləsində oxuya bilərsiniz.
Σχόλια