• Elşən Həsənov

Satınalmanın Tarixi

İngilis Charles Babbage-in 1832-ci ildə yazdığı “Dəzgah və İstehsal İqtisadiyyatı” kitabı satınalma mövzusuna toxunan ilk əsərdir. Amerikalı yazıçı Marshall M.Kirkman-ın1887-ci ildə yazdığı “Dəmiryolu Təchizatlarının Satınalması və Nizamlanması” kitabı satınalma termininə sistemli bir yanaşma gətirmişdir. 1900-cu illərdə Amerika dəmiryolu sektorundakı bir neçə istisna halı çıxmaqla müstəqil satınalma şöbəsi və ya departamentinə rast gəlmək çətindir. 1915-ci ildə Amerikada fəaliyyət göstərən satınalma mütəxəssisləri “Milli Satınalma Təşkilatında” birləşmiş və satınalma funksiyalarının bilinməsi və inkişafı üçün çalışmışlar. 1915-ci Harvard Universitetinin satınalma sahəsində təlimlərə başlaması, satınalmanın akademik termin olaraq qəbul olunmasının da ilidir. Howard Lewis-in 1933-cü ildə yazdığı “Sənaye Satınalması” kitabı ilə satınalma akademik sahədə öz yerini möhkəmləndirmişdir.

1-ci və 2-ci Dünya Müharibəsi dövründə və sonrasında yaranan məhsul qıtlığı satınalma funksiyalarının əhəmiyyətini açıq aşkar biruzə vermişdir. 1960-cı illər məhsul idarəçiliyinin sistemləşdirildiyi, strateji planlamanın məhsul idarəçiliyinin bir halaqası kimi qəbul olunduğu illərdir. Həmin illərdə satınalma mütəxəssisləri sifarişləri yerinə yetirən işçi olaraq yox, xüsusi əhəmiyyətə malik idarəçilər olaraq qəbul olunmağa başlanmışdır.

1970-ci illərdə baş verən neft böhranından sonra yaranan xammal təminatındakı çətinliklər və qalxan qiymətlər bütün diqqəti satınalma mütəxəssislərinə yönəltmişdir.

  • TST_Facebook
  • TST_LinkedIn
  • TST_Instagram
  • TST_YouTube
  • TST_Telegram
  • TST_Mail
© 2021 Run Creative

Məlumat və yenilikləri vaxtında əldə etmək üçün