• Elşən Həsənov

İş elanlarına dair TÖVSİYƏ 2

Qeyd olunan iş elanlarından aşağıdakı 2 elan diqqətimizi çəkdi: BestComp Group - Kontraktlar üzrə mütəxəssis Industrial Supply & Services Co. - Procurement & Sales Representative

1-ci elanda "Müqavilələr" üzrə mütəxəssisin iş öhdəlikləri həddindən artıq ixtisar olunub, yox dərəcəsindədir. Adətən iş elanının mətni sonradan əmək müqaviləsinin tərkib hissəsi olan "İş öhdəlikləri"ni (job descriptions) təşkil edir, bu sənəd kifayət qədər detallı və müfəssəl hazırlanmalıdır. Öhdəliklərin birinci maddəsi lap "maraqlı" gəldi "Müqavilələrin oxunması" deyəsən ilk tələb namizədin oxuma-yazma qabiliyyətinin olmasıdır

2-ci elanda isə SATINALMA və SATIŞ kimi bir-birinə ziddi olan iki funksiyanın bir vəzifədə birləşdirilməsi maraqlı gəldi. Pulun gəldiyi yerin "satış", getdiyi yerin "satınalma" olduğunu nəzərə alsaq alan və satanın 1 əldə toplanması saxtakarlıq (fraud) ehtimallarını artırdığı üçün bu dövr iki hissəyə ayrılır. Digər tərəfdən alış yanaşması (psixologiyasl) ilə satış yanaşması tamamilə zidd olduğu üçün hər iki işi bir adam icra etdikdə ikili şəxsiyyət (bax: bipolyar pozuntu / bipolar disorder) sindromuna səbəb olur.

P.S. 3-cüsü də varmış Boulevard Hotel Baku, Autograph Collection təchizatçının öhdəliklərindən birinin "Şöbənin təmiz və səliqəli saxlanılmasını təmin etmək" olduğunu düşünür, artıq şərhə ehtiyac yoxdur

  • TST_Facebook
  • TST_LinkedIn
  • TST_Instagram
  • TST_YouTube
  • TST_Telegram
  • TST_Mail
© 2021 Run Creative

Məlumat və yenilikləri vaxtında əldə etmək üçün