• Elşən Həsənov

CIPS sertifikatlarını necə almaq olar (2019)

Bu sertifikatın 2017-ci ildə alınmasına dair daha əvvəl bir post paylaşmışdıq, lakin 2018-ci ilin ortasında CIPS bu qaydalara kəskin dəyişiklik etməyə qərar verdi. Dəyişikliyə dair postda bu dəyişikliyin səbəbini aşağıdakı kimi şərh etmişdik:

Dəyişiklik əslində çoxdan gözlənilən idi. Kommersiya maraqları nöqteyi nəzərdən artıq mövcud kitablar 5 il idi ki, bazarda idi və artıq əksər imtahana girənlər kitabları yaxın tanışlarından alıb verirdilər. Kitabların qiymətləri də çap, çatdırılma xərclərini və s. nəzərə aldıqda belə həddindən artıq bahadır. Valyuta məsələsini də nəzərə aldıqda ümumiyyətlə çətindir. Yeni dəyişikliklərin də kəskin olacağı gözlənilmir, böyük ehtimal kitabların məzmunları yer dəyişdirilərək və bəzi kiçik əlavələr edilərək formalaşdırılıb. Çünki son 5 ildə satınalma sahəsində elə bir kəskin dəyişiklik olmayıb.

Ali təhsilin, xarici dil biliklərinin, təcrübənin işi yaxşı aparmaq üçün əsas amil olmadığını və üstəlik artıq sadalanan faktorların formallaşdığını görə işəgötürənlərin hal-hazırda sonuncu ümid yeri kəskin kommersiya düşünmə zəkasına malik ingilislərin sertifikatlarıdır, hansı ki demək olar hər sahədə bir “Chartered” sertifikat var. Yazım qətiyyən bu sertifikatlara kölgə salmaq kimi görünməsin, vurğulamaq istədiyim odur ki, vaxt gələcək (gəlməkdədir) bu sertifikat faktoru da digər faktorlar kimi adiləşəcək və yeni dayanıqlı faktorlar axtarılmağa başlanılacaq. Unutmaq lazım deyil ki, xalq misalında deyildiyi kimi yalan ayaq tutar yeriməz, yəni çalışın özünüzü gözə soxmaq üçün FORMAL təlimlər, sertifikatlar dalınca qaçmayın (pul verib kağız parçası almayın, təhsil alın) ömürboyu davamlı (lifelong) təhsilinizi alıb (bu kimi sertifikatlar, mütaliə və s.) nəticəsini öz işinizlə göstərin, bu ən yaxşı “sertifikat” olacaq sizə, düşünməyin ki, hər hansı sahədə ən yaxşı hesab edilən sertifikat almaqla zirvəyə çatacaqsınız.


İndi isə başlayaq dəyişilmiş qaydalara:


CIPS’in rəsmi saytında dəyişiklik bu keçiddə və buvə bu pdf sənəddə ətraflı izah edilib. Ümumi olaraq kredit sistemi tətbiq edilib, imtahanların qiymətli azalıb sayları artıb, kompüter ilə imtahan imkanı yaradılıb. Azərbaycanda əlavə 1 imtahan mərkəzi (Edutech) də yaradılıb Prolog və British Council’dən başqa. British Council’da ancaq 3 sertifikat (Diploma, Advanced Diploma və Professional Diploma) üzrə imtahan vermək mümkündür, digərlərində isə bütün imtahanları vermək olar.


İlkin qeydiyyat xərci 164 GBP = 361 AZN, təkrar qeydiyyat (1 ildən sonra uzadılanda) 114 GBP = 251 AZN təşkil edir.


İmtahanlar 2 tipdə olur:

  • Test imtahanı (objective response): İştirak haqqı 68 GBP (43+25) = 150 AZN, keçid faizi - 70%, imtahan ayları yanvar, mart, may, iyul, noyabr sentyabr, imtahan müddəti - 1.5 saat .

  • Yazılı imtahanı (constructed response): İştirak haqqı 78 GBP = 172 AZN, keçid faizi - 50%, imtahan ayları may noyabr, imtahan müddəti - 3 saat.

  • CIPS Level 2 Certificate in Procurement and Supply Operations 2-ci səviyyə sertifikat demək olar yenə əvvəlki kimi qalıb müəyyən ad dəyişiklikləri və kitab məzmunu dəyişib. Aşağıdakı modullardan ibarətdir. Kitab dəstinin qiyməti 60 GBP = 132 AZN təşkil edir. 5 testdən ibarətdir.

  • Introducing Procurement and Supply (L2M1)

  • Procurement and Supply Operations (L2M2)

  • Stakeholder Relationships (L2M3)

  • Systems Technology (L2M4)

  • Inventory, Logistics and Expediting (L2M5)

  • CIPS Level 3 Advanced Certificate in Procurement and Supply Operations sertifikatının kitablarına əsaslı dəyişiklik edilib. Kitab dəstinin qiyməti 100 GBP = 220 AZN təşkil edir (2 seçməli kitabdan 1-i seçilir). 5 testdən ibarətdir.

  • Procurement and Supply Environments (L3M1)

  • Ethical Procurement and Supply (L3M2)

  • Contract Administration (L3M3)

  • Team Dynamics and Change (L3M4)

  • Socially Responsible Procurement (L3M5) və ya Socially Responsible Warehousing and Distribution (L3M6) (seçməli)

  • Level 4 Diploma in Procurement and Supply Kitab dəstinin qiyməti 200 GBP = 440 AZN təşkil edir. 6 test (60 sual)2 yazılı imtahandan ibarətdir.

  • Defining Business Need (L4M2)

  • Commercial Contracting (L4M3)

  • Ethical and Responsible Sourcing (L4M4)

  • Commercial Negotiation (L4M5)

  • Supplier Relationships (L4M6)

  • Whole Life Asset Management (L4M7)


Constructed Response (yazılı)

  • Scope and Influence of Procurement and Supply (L4M1)

  • Procurement and Supply in Practice (L4M8)

  • Level 5 Advanced Diploma in Procurement and Supply Kitab dəstinin qiyməti 200 GBP = 440 AZN təşkil edir. 6 test (3 əsas + 3 seçməli - 46 sual) və 2 yazılı imtahandan ibarətdir.

  • Managing Supply Chain Risk (L5M2)

  • Managing Contractual Risk (L5M3)

  • Managing Ethical Procurement and Supply (L5M5)

  • [S] Category Management (L5M6) / [S] Advanced Negotiation (L5M15)

  • [S] Achieving Competitive Advantage Through the Supply Chain (L5M7) / [S] Project and Change Management (L5M8)

  • [S] Operations Management (L5M9) / [S] Logistics Management (L5M10)


Constructed Response / yazılı

  • Managing Teams and Individuals (L5M1)

  • Advanced Contract and Financial Mangement (L5M4)

  • Level 6 Professional Diploma in Procurement and Supply Kitab dəstinin qiyməti 220 GBP = 484 AZN təşkil edir. 3 test (3 əsas + 3 seçməli - 42 test) və 4 yazılı imtahandan ibarətdir.

  • [S] Strategic Programme Leadership (L6M5) / [S] Commercial Data Management (L6M7)

  • [S] Innovation in Procurement and Supply (L6M8) / [S] Supply Network Design (L6M9)

  • [S] Global Logistics Strategy (L6M10)


Constructed Response / yazılı

  • Strategic Ethical Leadership (L6M1)

  • Global Commercial Strategy (L6M2)

  • Global Strategic Supply Chain Management (L6M3)

  • Future Strategic Challenges for the Profession (L6M4)

  • TST_Facebook
  • TST_LinkedIn
  • TST_Instagram
  • TST_YouTube
  • TST_Telegram
  • TST_Mail
© 2021 Run Creative

Məlumat və yenilikləri vaxtında əldə etmək üçün