top of page

Ən yaxşı məqalə müsabiqəsi

Səhifəmizin yaranmasının 5 illiyi münasibətilə “Ən yaxşı məqalə” müsabiqəsi elan edirik. Müsabiqədə iştirak etmək istəyənlər Təchizat zəncirinin idarə olunması mövzusu üzrə aşağıdakı tələblərə cavab verən məqaləni və ya məqalənin paylaşıldığı keçidi 15 sentyabr 24:00-a qədər bizimlə paylaşmalıdır.

 

İştirak şərtləri:

  • Məqalə ən az 250 sözdən ibarət olmalıdır;

  • Məqalənin mətni Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına uyğun olmalıdır;

  • Məqalə onu göndərən şəxsə məxsus olmalı və plaqiarizm olmamalıdır (sonradan müəyyən edildikdə kənarlaşdırılacaq);

  • Məzmun orijinal, informativ və müəyyən elmi mənbələrə əsaslanmalıdır.

 

Qaliblərin seçilməsi:

Müsabiqənin nəticələri 16 - 30 sentyabr tarixlərində səhifəmizdə aktiv olacaq səsvermə* üzrə müəyyən edilərək 1 oktyabrda elan ediləcəkdir. Müsabiqənin qaliblərinin məqalələri onlar üçün yeni hesab açılaraq veb səhifəmizin bloq bölməsinə yerləşdiriləcək (o cümlədən başqa məqalələr paylaşmaq haqqı qazanacaq) və əlavə olaraq aşağıdakı hədiyyələr** təqdim ediləcək.

 

*Səsvermə nəticəsində səslər bərabər olduqda qalib tərəfimizdən müəyyən ediləcək

** 1-ci yerin qalibi qeyd edilən hədiyyələr arasında istədiyini seçə bilər, 2-ci yerin qalibi isə yerdə qalan hədiyyələr üzrə seçim edə bilər.

bottom of page