Şəbəkə avadanlıqların alınması
Azərbaycan Beynəlxalq Bankı ASC

Elan tarixi:

Tenderin elan tarixi: 05.04.2021

Tender 2 lot üzrə keçirilir:

LOT 1 : “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus Globus Plazada yerləşən sahə üçün şəbəkə avadanlığının satın alınması.

LOT 2: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni tikilən Yevlax ehtiyat mərkəzi üçün şəbəkə avadanlığının satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.

İştirak haqqı:

Lot – 1 üzrə 150 (bir yüz əlli) manat

Lot – 2 üzrə 250 (iki yüz əlli) manat

BANKIN ADI:        Azərbaycan Beynəlxalq Bankı

VÖEN :                 9900001881

KOD:                    805250

SWIFT:                 IBAZAZ2X

M/h:                      AZ03NABZ01350100000000002944

H/h:                      AZ12IBAZ34501019440000100100    AZN

H/h:                      AZ33IBAZ34511018400000100100    USD

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (əlaqələndirici şəxs: Ülkər Şükürova, telefon: 012 4930091, daxili 8212, elektron poçt ünvanı: tender@ibar.az) ala bilərlər.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);

  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • tender təklifi (tender zərflərinin açıldığı tarixdən (26 aprel 2021-ci il) sonra azı 30 (otuz) bank günü (yəni ən azı 11 iyun 2021-ci il tarixinədək) qüvvədə olmalıdır;

  • tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətinin sonuncu günündən azı 30 bank günü çox olmalıdır (yəni ən azı 28 iyul 2021-ci il tarixinədək qüvvədə olmalıdır);

  • iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  • iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;

  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

  • iddiaçının öz mülahizəsinə uyğun digər sənədlər.

  • iddiaçı qeyri-rezident olduğu halda qeyri-rezident hesab edilən iddiaçının vergi rezidentliyini müəyyən etmək məqsədi ilə həmin şəxslər vergi rezidentliyini təsdiq edən sənədi (sertifikatı) təqdim etməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 aprel 2021-cı il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 23 aprel 2021-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 26 aprel 2021-cı il LOT 1 üzrə saat 16:15-də; LOT 2 üzrə saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. İştirak edən nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədi (etibarnamə) mütləq şəkildə təqdim etməlidirlər.

Əlaqə və təklif göndərmək üçün

012 4930091 (8212)

Ülkər Şükürova

  • TST_Facebook
  • TST_LinkedIn
  • TST_Instagram
  • TST_YouTube
  • TST_Telegram
  • TST_Mail
© 2021 Run Creative

Məlumat və yenilikləri vaxtında əldə etmək üçün